BAKI, 8 iyun. TELEQRAF

Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda və final oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, Almaniyada təşkil olunan "dördlər finalı"nın həlledici qarşılaşmasında Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcək.

Hər iki millinin aktivində bir Millətlər Liqası titulu var.

3-cü yer uğrunda isə meydan sahibi ölkə ilə Fransa seçməsi qarşılaşacaq.

UEFA Millətlər Liqası

3-cü yer uğrunda görüş

17:00. Almaniya - Fransa

Baş hakim: İvan Krujlyak (Slovakiya)

"Arena MHP", Ştutqart (Almaniya)

Final

22:45. Portuqaliya - İspaniya

Baş hakim: Sandro Şorer (İsveçrə)

"Allianz Arena", Münhen (Almaniya).