BAKI, 21 may. TELEQRAF
AFFA İntizam Komitəsi iki futbol klubuna texniki məğlubiyyət verib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Belə ki, mayın 10-da AFFA Gənclər Liqasında "Turan Tovuz"la keçirilən oyunda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğunu üçün "Zirə"yə 0:3 hesablı məğlubiyyət verilib.
Eyni cəza ilə "Marxal" komandası da üzləşib. Şəki təmsilçisi mayın 18-də AFFA U-17 Qızlar Liqasında "Şəfa" ilə keçirilməli olan oyuna gəlmədiyi üçün cəzalanıb.