BAKI, 21 may. TELEQRAF

Bu gün Bakıda ilk dəfə minifutbol üzrə dünya çempionatına start veriləcək.

Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində Azərbaycanın xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki çıxış edəcəklər. Tədbir saat 19:00-da start götürəcək.

İyunun 1-dək davam edəcək mundialda 32 yığma komanda mübarizə aparacaq.

Azərbaycan millisi A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə qarşılaşacaq.

Açılış mərasiminin ardından Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Bəhreynlə üz-üzə gələcək, mayın 23-də milli komanda Sloveniya ilə, mayın 25-də isə Mavritaniya ilə üz-üzə gələcək.

Oyunlar isə artıq səhər saat 9:15-də B qrupunun Fransa - Çad qarşılaşması ilə start götürəcək. Ümumilikdə gün ərzində 4 qrupda 8 oyun nəzərdə tutulub.

Qeyd edək ki, Bakıdakı çempionat sayca minifutbol tarixinin 5-ci mundialıdır. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində baş tutan sonuncu dünya çempionatında Rumıniya seçməsi qalib olub. Azərbaycan yığması isə yarışı 4-cü pillədə bitirib.

Dünya çempionatı

21 may

A qrupu

20:30. Azərbaycan - Bəhreyn

23:00 Mavritaniya - Sloveniya

B qrupu

09:15. Fransa - Çad

21:45 Rumıniya - Özbəkistan

C qrupu

10:30. Macarıstan - Türkiyə

13:00 Ukrayna - İngiltərə

D qrupu

11:45 Bolqarıstan - Portuqaliya

14:15 Slovakiya - Hindistan.