BAKI, 20 may. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubu yayda komandadan ayrılacaq qapıçı Fernando Musleranın əvəzləyicisini tapıb.

Teleqraf "Defensa Central"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı futbolçunu "Real Madrid"in qapıçısı Andrey Luninlə əvəzləməyi planlaşdırır.

"Cim-Bom" ukraynalı oyunçuya "kral klubu"nda qazandığı məvacibdən daha sərfəli maliyyə şərtləri təklif edir.

26 yaşlı Luninə İngiltərənin "Aston Villa" klubu da maraq göstərir.

"Real Madrid" mümkün transferlə bağlı qərarı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək FIFA Klublararası Dünya Çempionatından sonra verəcək.

Qeyd edək ki, Andrey Luninin "Real Madrid"lə müqaviləsi 2030-cü ilin yayına kimi nəzərdə tutulub. O, cari mövsüm ərzində 14 oyunda iştirak edib.