BAKI, 18 may. TELEQRAF

"Olimpiakos" cari mövsümün Yunanıstan Kubokunun qalibi olub.

Teleqraf xəbər verir ki, Pirey təmsilçisi finalda OFI-ni 2:0 hesabı ilə məğlub edib.

Paytaxt Afinadakı Olimpiya stadionunda təşkil olunan görüşdə Ayub El Kaabi və Roman Yaremçuk fərqləniblər.

“Olimpiakos” tarixində 29-cu dəfə ölkə kubokunu qazanıb. “Qırmızı-ağlar” bu göstərici üzrə rekordçudur. İkinci yerdə “Panatinaikos” qərarlaşıb - 20.