BAKI, 11 aprel. TELEQRAF
AFFA-nın 2024/2025 mövsümündə Premyer Liqa klublarına ayırdığı vəsaitlərin meyarlara görə bölgüsü müəyyənləşib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, ölkə çempionatının təmsilçilərinin hər birinə 3 milyon manat ayrılıb.
Məbləğin 1 milyon 600 min manatı klublara Premyer Liqa Lisenziyasının alınmasına görə verilib. 500 min manat klub nəzdində uşaq futbolunun, 50 min manat isə qadın futbolunun inkişafı üçün ayrılıb.
Vəsaitin 595 min manatı PFL tərəfindən müəyyən olunmuş infrastruktur kriteriyalarının yerinə yetirilməsi üçün, qalıq məbləğ isə klubların ehtiyacları üçün təqdim olunub.
"Sabah" klubuna digər komandalardan fərqli olaraq, infrastruktur meyarlarının yerinə yetirilməsi üçün 85 min manat az - 510 min manat məbləğ verilib.
"Şamaxı" klubu infrastruktur üçün ayrılan məbləğə toxunmasa da, "Neftçi"yə əlavə 94 min 39 manat 88 qəpik ehtiyac duyulub.
| Klublar | Kluba mədaxil | Hesabatı təqdim edilmiş xərclər | Qalıq | Qalıq faizi |
| "Şamaxı" | 595,000.00 ₼ | - | 595,000.00 ₼ | 100% |
| "Sabah" | 510,000.00 ₼ | 35,096.45 ₼ | 474,903.55 ₼ | 93% |
| "Sumqayıt" | 595,000.00 ₼ | 81,335.31 ₼ | 513,664.69 ₼ | 86% |
| "Zirə" | 595,000.00 ₼ | 91,968.37 ₼ | 503,031.63 ₼ | 85% |
| "Turan Tovuz" | 595,000.00 ₼ | 135,855.36 ₼ | 459,144.64 ₼ | 77% |
| "Kəpəz" | 595,000.00 ₼ | 146,594.45 ₼ | 448,405.55 ₼ | 75% |
| "Qarabağ" | 595,000.00 ₼ | 165,469.70 ₼ | 429,530.30 ₼ | 72% |
| "Səbail" | 595,000.00 ₼ | 256,776.67 ₼ | 338,223.33 ₼ | 57% |
| Araz Naxçıvan ₼ | 595,000.00 ₼ | 359,013.71 ₼ | 235,986.29 ₼ | 40% |
| Neftçi | 595,000.00 ₼ | 689,039.88 ₼ | -94,039.88 ₼ | -16% |
| CƏMİ | 5,865,000.00 ₼ | 1,961,149.90 ₼ | 3,903,850.10 ₼ |