BAKI, 11 aprel. TELEQRAF
Bu gün AFFA-nın Hesabat Konfransı keçiriləcək.
Teleqraf xəbər verir ki, “Baku Marriott Hotel Boulveard”da baş tutacaq tədbir saat 10:00-da başlayacaq.
Konfransda AFFA prezidenti Rövşən Nəcəfin çıxışı, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı, maliyyə hesabatları, müstəqil auditorun hesabatı, federasiyasının İnkişaf Strategiyası ilə bağlı təqdimat, Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.