
BAKI, 3 aprel. TELEQRAF
Tehran nüvə sazişi ilə razılaşmasa və nüvə silahı üzərində işi dayandırmasa, İran sentyabr ayına qədər yox olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” qəzeti ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən yazır.
Qəzetin məlumatına görə, ABŞ-nin Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcılar yerləşdirdiməsi İrana verilən vaxtın daraldığını göstərir.
Qeyd edək ki, “The Daily Mail” nəşri ABŞ-nin yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığı barədə məqalə dərc edib.
Martın 30-da ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, iki həftə ərzində Tehrana ikinci dərəcəli tariflər tətbiq edəcəyini bəyan edib. O əlavə edib ki, saziş tamamilə rədd edilərsə, İslam Respublikası misli görünməmiş bombardmanlarla üzləşəcək.
Öz növbəsində İranın ali dini lideri Əli Xameneyi Trampın təhdidlərinə cavab verərək, ABŞ-nin hərbi müdaxilə ehtimalına inanmadığını bildirib.