Bakı, 1 aprel. TELEQRAF

Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Teleqraf xəbər verir ki, bu, Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Fitosanitar nəzarəti haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, daxili karantin sertifikatı ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada verilən rəsmi sənəddir.