BAKI, 1 aprel. TELEQRAF

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın dövlət başçısı İlham Əliyevə Novruz bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Beynəlxalq Novruz bayramı münasibətilə Sizə və Sizin timsalınızda Azərbaycan Respublikasının qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dünyanın bir çox ölkəsində geniş şəkildə qeyd olunan bu gözəl bayram baharın başlanğıcını və təbiətin oyanmasını özündə təcəssüm etdirir. Novruz bayramı müxtəlif ölkələr və mədəniyyətlər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində əsas rol oynayır. Bu işıqlı bayram müasir dünyada humanist hisslərin yaranmasına və möhkəmlənməsinə ilham verən ümid simvoludur.

Qoy bu gözəl bayram Sizin və ölkənizin bütün xalqı üçün xoşbəxtlik, sevinc və yeni uğurlar gətirsin!"