
BAKI, 28 mart. TELEQRAF
Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsində Litva və Monteneqro yığmalarına qarşı keçirəcəyi səfər oyunları üçün heyəti müəyyənləşib.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv martın 31-də təlim-məşq toplanışı üçün Litvanın paytaxtı Vilnüsə yollanacaq.
C Liqasının IV qrupunda yer alan yığma Litva ilə aprelin 4-də Bakı vaxtı ilə saat 19:30-da Vilnüsdəki “Jalgiris” stadionunda, Monteneqro ilə aprelin 8-də Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda qarşılaşacaq.
Heyətə ümumilikdə 23 futbolçu dəvət olunub. Onlardan 13-ü xarici klublarda çıxış edir:
S. |
AD/SOYAD
|
KLUB
|
1
|
Aytac Şərifova
|
Hakkarigücü (Türkiyə)
|
2
|
Nərgiz Əliyeva
|
Fatih Vətən (Türkiyə)
|
3
|
Günay İsmayılova
|
Neftçi
|
4
|
Nigar Mirzəliyeva
|
Zenit (Rusiya)
|
5
|
Manə Mollayeva
|
Neftçi
|
6
|
Fidan Cəfərova
|
Neftçi
|
7
|
Yeliz Acar
|
Fatih Vətən (Türkiyə)
|
8
|
Kamilla Məmmədova
|
Dirçəliş
|
9
|
Firəngiz Teymurova
|
Neftçi
|
10
|
Jalə Məhsimova
|
Amed Spor (Türkiyə)
|
11
|
Peritan Bozdağ
|
Fatih Vətən (Türkiyə)
|
12
|
Nazlıcan Parlak
|
Qalatasaray (Türkiyə)
|
13
|
Coşqunə Əliyeva
|
Neftçi
|
14
|
Sevinc Cəfərzadə
|
Krasnodar (Rusiya)
|
15
|
Ayşən Əhmədova
|
Ünyespor (Türkiyə)
|
16
|
Alina Dorofeyeva
|
Rubin (Rusiya)
|
17
|
Diana Məmmədova
|
Rubin (Rusiya)
|
18
|
Ayşən Salamzadə
|
Neftçi
|
19
|
Xanım Əsədova
|
Neftçi
|
20
|
Sona Rəhimova
|
Neftçi
|
21
|
Aysun Muradova
|
Gölbaşı Belediye Spor Türkiyə)
|
22
|
Esra Manya
|
Fatih Vətən (Türkiyə)
|
23
|
Alina Nəhmədova
|
Neftçi
|