
SUMQAYIT, 22 mart. TELEQRAF
Bu gün Azərbaycan milli komandası Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Teleqraf xəbər verir ki, komandalar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq.
Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan yığması növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.
Yoldaşlıq oyunu
22 mart
21:45 Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.