BAKI, 19 sentyabr. TELEQRAF
İran hakimiyyəti Qətər vasitəsilə ABŞ-yə müharibənin bitməsi üçün şərtlər irəli sürüb və ABŞ Prezidenti Donald Trampdan cavab gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
"Biz müharibəyə son qoymaq üçün şərtlərimizi Vaşinqtona çatdıran Qətər ilə əlaqə saxlayırıq və Prezident Trampdan cavab gözləyirik", - deyə o, "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.
Rezainin sözlərinə görə, İranın şərtlərinə müharibənin bütün cəbhələrdə dayandırılması, dondurulmuş aktivlərinin açılması və dəniz blokadasının qaldırılması daxildir.