BAKI, 19 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp, Çin prezidenti Si Cinpindən Vaşinqton-Pxenyan sammitinin təşkilində kömək istəyə bilər.

Görüş potensial olaraq Trampın Asiyaya payız səfəri zamanı baş tuta bilər. Noyabr ayında onun ASEAN sammiti üçün Çinin Şençjen şəhərinə səfər edəcəyi gözlənilir. Amerika lideri Şimali Koreya lideri ilə görüşün diqqəti İrandakı müharibədən yayındıracağına ümid edir.

Analitiklərə görə isə, Si Cinpin Vaşinqtonla Pxenyan arasında yaxınlaşma istəmir. Lakin o, ABŞ üzərində müəyyən təsir gücü əldə etmək və diplomatiya üzərində nəzarəti bərqərar etmək üçün kömək etməyə razı ola bilər.