BAKI, 19 sentyabr. TELEQRAF
İsveçrə Federal Şurası yeni Təhlükəsizlik Strategiyasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd olunur ki, beynəlxalq vəziyyət artan qeyri-sabitliklə xarakterizə olunur. Strategiyada qeyd olunur ki, Ukraynadakı münaqişəyə son qoymaq qeyri-müəyyən bir məqsəd olaraq qalır. Bundan əlavə, konsepsiya müəlliflərinin fikrincə, hibrid təhdidlərin sayı artır və vacib infrastruktur hələ də həssasdır.
Strategiyada üç prioritet siyasət sahəsi müəyyən edilir. Birincisi, dövlətin və cəmiyyətin dayanıqlığını artırmaq və vacib sahələrdə asılılığı azaltmaq. İkincisi, əhalinin və dövlət qurumlarının təhlükəsizliyini gücləndirmək. Üçüncüsü, potensial silahlı hücuma qarşı effektiv mübarizə aparmaq üçün İsveçrənin müdafiə qabiliyyətlərini gücləndirmək.
Bu sahələr 10 məqsəd və 46 tədbirdə göstərilib. Bunlara hibrid təhdidlərə qarşı mübarizə, uzaqdan hücumlardan qorunma və mütəşəkkil cinayətkarlıqla mübarizə daxildir.