BAKI, 19 mart. TELEQRAF

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Teleqraf xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun 0:0 hesablı heç-heçə başa çatıb.

Qeyd edək ki, bu komandalar martın 22-də ikinci yoxlama matçında üz-üzə gələcəklər.