BAKI, 19 sentyabr. TELEQRAF
"Ermənistanda sülh mühiti olduğu müddətdə İrəvanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi ola bilməz, çünki münaqişə şəraitində olan Ermənistanın Rusiya ilə münasibətləri sülh şəraitində olan Ermənistanın Rusiya münasibətlərindən fərqlidir".
Teleqraf xəbər verir ki, Ermənistan mediasına açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan onu da qeyd edib ki, əgər Ermənistanda Azərbaycanla bağlı çıxışlarda əvvəlki illərdə olduğu kimi sərt ifadələr işlədilsə, ölkə çox tez bir zamanda özünü münaqişə və müharibə girdabında tapacaq.