ABŞ hərbi qüvvələri son bir neçə ayda tankerlərə Hörmüz boğazından təxminən 1 milyard barel nefti çıxarmağa kömək edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.

“Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb. Biz buna boğazdan keçən 2 mindən çox kommersiya gəmisinə dəstək göstərməklə nail olmuşuq”, - deyə o bildirib.

Kuper əlavə edib ki, ABŞ “regiondakı tərəfdaşlarla onların hava hücumundan müdafiəsini gücləndirmək və yeni koalisiya zərbə PUA-ları qrupu yaratmaq istiqamətində çalışır”.