BAKI, 7 mart. TELEQRAF

"Kəpəz"in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb. Malta kollektivi G qrupunda martın 21-i evdə Finlandiya, martın 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, Trent Buhagiar Malta millisinin heyətində 3 oyunda iştirak edib.