
BAKI, 18 fevral. TELEQRAF
İtaliyanın "Parma" klubu baş məşqçi Fabio Pekkya ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Parma" 2025-ci ildə keçirdiyi 7 oyunda qələbə üzünə həsrətdir. Komanda İtaliya çempionatında 25 turdan sonra 20 xalla 18-ci sırada qərarlaşıb.
Qeyd edək ki, Fabio Pekkya 2022-ci ilin yayından "Parma"nın sükanı arxasında idi.