
Tovuz, 18 fevral. TELEQRAF
Rəqibdən daha çox bizim qol epizodlarımız var idi".
Bu sözləri Teleqraf-a açıqlamasında “Şamaxı"nın futbolçusu Brahim Konate Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
29 yaşlı hücumçu qələbəni əldən vermələrinə baxmayaraq, bu nəticəni də münasib adlandırıb: "Yaxşı oyun oldu və qol vurmaq üçün şanslarımız çox idi. Düşünürəm ki, 2 xal itirdik. Çünki bizim “Kəpəz”dən daha çox qol epizodlarımız var idi. Son ötürmələrdə və zərbələrdə çatışmazlıqlar oldu. Bir xal qazandıq, bu da yaxşı nəticədir".
Fransalı forvard komandadaki rolu haqda da söz açıb: "Bu gün Belajdi Pusi və Leroy Mikels zədə səbəbindən bizimlə deyildilər, amma meydanda olan oyunçuların hamısı ortaya maksimum güc qoydular. Hər oyun komandaya maksimum dərəcədə kömək etməyə çalışırıq. Önəmli olan komandadır, mən yox. Futbol bir oyunçudan ibarət deyil, qol vurdum amma qələbə qazana bilmədik.
Konate növbəti turda "Turan Tovuz"la keçirəcəkləri oyunda da xal qazanmağa çalışacaqlarını diqqətə çatdırıb: "Onların necə çıxış etdiyini yaxşı bilirik, amma biz evdə oynayacayıq. Hər oyun xal qazanmağa çalışırıq, hər şey mümkündür".
Qeyd edək ki, "Şamaxı" 23 turdan sonra Azərbaycan Premyer Liqasında 21 xalla 8-ci pillədədir.