
BAKI, 17 fevral. TELEQRAF
Slovakiyanın Samorin şəhərindəki yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə edib.
Teleqraf xəbər verir ki, yarışda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yer əldə olunub.
İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. Onlar turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə ediblər.
Yarışın ikinci günündə 73 kq çəkidə Səid Şərifov bürünc, 81 kq-da Amin Mehdiyev və Abdullah Rəhmətov, 90 kq-dan yuxarı çəkidə Sübhan Axundov bürünc medal əldə edib. 73 kq-da yarışan digər cüdoçu Məhəmməd Ağakişiyev 7-ci yeri tutub.