BAKI, 17 fevral. TELEQRAF

AFFA İntizam Komitəsinin bugünkü iclasında I Liqanın XIV turunda keçirilmiş oyunlarla bağlı qərar qəbul olunub.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, "İmişli” ilə səfər oyununun 49-cu dəqiqəsində “Qəbələ”nin məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 100 manat cərimə edilib.

58-ci dəqiqədə isə “İmişli”nin azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdikləri və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.

“Zaqatala” ilə səfər oyununda isə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Difai" 70 manat cərimələnib.