İyulun 19-da səhər saatlarında Ermənistanda hərbi helikopter qəzaya uğrayıb.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, helikopter saat 09:50 radələrində Kotayk rayonundakı Yeqvard ərazisinə düşüb. Salonda iki pilotun cəsədi tapılıb.

Hadisə yerində İstintaq Komitəsinin və qarnizonun istintaq idarəsinin müstəntiqləri işləyir.

Xatırladaq ki, Kotai rayonunda hərbi təlim aerodromu var.