“Biz heç vaxt erməniləri tək qoymayacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron özünün Tvitter səhifəsində yazıb.

Fransa lideri növbəti dəfə Ermənistan-Azərbaycan məsələsində tərəf tutaraq, ermənipərəst xislətini gizlətməyib:

“Biz uzunmüddətli sülhə nail olmaq üçün daim həll yolları axtaracağıq. Mən bu bayram günlərini humanitar tərəqqi və barışıq dövrünə çevirməyə çağırıram”.