BAKI, 11 sentyabr. TELEQRAF

“Donald Trampın rəhbərlik etdiyi hazırkı administrasiya dövründə Avropa İttifaqı (Aİ)-ABŞ münasibətləri ciddi sınaqla üz-üzədir”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Əlbəttə, münasibətlərimiz dəyişib və hamıya bəllidir ki, hazırda ciddi sınaqdan keçir. Tarix boyu münasibətlərimizin rəvan getmədiyi dövrlər də olub, amma bu, hər iki tərəf üçün hələ də həyati əhəmiyyət daşıyır”, - o, Belçikanın “Le Soir” qəzetinə müsahibəsində bildirib.