BAKI, 9 sentyabr. TELEQRAF
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0.87 ABŞ dolları və ya 0.81% artaraq bir barel üçün 108.18 ABŞ dollarına çatıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.