BAKI, 11 sentyabr. TELEQRAF
"Bu, diplomatik korpusla birlikdə Qarabağa 22-ci səfərimizdir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabındakı paylaşımda bildirib.
Son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurun gözlərimiz önündə baş verən möhtəşəm və nümunəvi transformasiyasının şahidi olduqlarını bildirən Hikmət Hacıyev, bu gün həmin torpaqların əsl intibah dövrünü yaşadığını vurğulayıb.
"Hər səfərimizdə yenidənqurma və inkişaf sahəsində yeni nailiyyətlərin, eləcə də bu torpaqlara həyatın mərhələli şəkildə geri dönməsinin şahidi oluruq", - o qeyd edib.
This marks our 22nd visit to Karabakh together with the diplomatic corps. Over the past six years, we have witnessed the remarkable and exemplary transformation of Karabakh and Eastern Zangezur unfolding before our eyes. Today, these lands are experiencing a true renaissance. With every visit, we see new achievements in reconstruction and development, and the steady return of life to these lands.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 11, 2026