BAKI, 16 fevral. TELEQRAF

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə aprelin 15-dən sənəd qəbuluna start veriləcək.

Bu barədə Teleqraf-a Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.

Qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı yanvarın 12-dən ictimaiyyətə təqdim edilib.

Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.