BAKI, 4 fevral. TELEQRAF
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin İsrail Dövlətinə səfəri çərçivəsində İsrail Dövlətinin innovasiya, elm və texnologiya naziri Gila Gamliel ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İsrail Dövlətinin İnnovasiya, Elm və Texnologiya Nazirliyi arasında elmi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu” imzalanıb.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihələrin icrası, elmi-tədqiqat layihələrinin birgə maliyyələşdirilməsi, doktorantların, alimlərin və müəllim heyətinin mübadiləsi, birgə tədbirlərin təşkili və digər sahələrdə İsrail Dövləti ilə əməkdaşlığın təşkilini nəzərdə tutur.



***
11:05
Süni İntellekt sahəsində əldə olunan tarixi razılaşmanın ardınca, Azərbaycanla İsrail arasında Elm və Texnologiya üzrə daha bir genişmiqyaslı Anlaşma Memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, sənədi İsrail innovasiya, elm və texnologiya naziri Qila Qamliel və Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli təsdiq ediblər.
Yeni razılaşma çərçivəsində kosmik tədqiqatlar, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi, həmçinin tələbə və mütəxəssis mübadiləsinin sürətləndirilməsi nəzərdə tutulur.