BAKI, 5 dekabr. TELEQRAF
Dekabrın 5-də Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.
İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.