BAKI, 22 sentyabr. TELEQRAF

Növbəti mövsümə hazırlaşan “Sərhədçi” heyətinə yeni basketbolçu qatıb.

Teleqraf xəbər verir ki, paytaxt klubu ABŞ-dən olan Kameron Uilbonla anlaşıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 1,96 sm boya malik Kameron Uilbon son olaraq “CSU Bakersfild” klubunda çıxış edib.