BAKI, 9 sentyabr. TELEQRAF

“Sərhədçi” basketbol klubu heyətini yerli basketbolçu ilə gücləndirib.

Klubdan Teleqraf-a verilən məlumata görə, paytaxt təmsilçisi Uğur Əmrahlını heyətinə qatıb.

Onunla mövsüm sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Uğur Əmrahlı Azərbaycan U-16 basketbol millisinin üzvüdür.