BAKI. 13 iyul. TELEQRAF
3x3 basketbol üzrə Azərbaycan millisi Qadın Seriyasında Buxarest mərhələsinin final oyununa çıxıb.
Teleqraf xəbər verir ki, milli ABŞ-nin "Seattle" klubuna 21:18 hesabı ilə qalib gəlib.
Nəticədə Azərbaycan yığması Rumıniyada hamıdan güclü olaraq çempion ünvanına yiyələnib.
*** 20:33
3x3 basketbol üzrə Azərbaycan millisi Qadın Seriyasında Buxarest mərhələsinin 1/2 final oyununa çıxıb.
Teleqraf xəbər verir ki, yığma yerli "Rapid Buxarest" klubuna 21:18 hesabı ilə qalib gəlib və adını finala yazdırıb.
Qeyd edək ki, finalda rəqib "Seattle" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 21:25-də start götürəcək.
*** 19:39
3x3 basketbolçulardan ibarət Azərbaycan millisi Qadın Seriyasında Buxarest (Rumıniya) mərhələsinin yarımfinalına yüksəlib
Teleqraf xəbər verir ki, yığma 1/4 finalda Çin millisinə 21:17 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinalda rəqib yerli "Rapid Buxarest" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 19:50-də start götürəcək.