BAKI, 17 aprel. TELEQRAF
Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Çempionların savaşı" adlı turnir keçiriləcək.
Teleqraf xəbər verir ki, Milli Xalça Muzeyində baş tutacaq yarışda Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandla (Hindistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq.
Turnirdə qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də ölkə birinciliyinin qalib olan yeniyetmə şahmatçılara seans keçirəcək.