BAKI, 15 fevral. TELEQRAF

Kişi basketbolçular arasında Türkiyə Kuboku uğrunda görüşdə qalmaqal baş verib.

Teleqraf xəbər verir ki, Şanlıurfada keçirilən “Fənərbağça” – “Qalatasaray” matçı sona 9 dəqiqə qalmış yarımçıq dayandırılıb.

Buna “Fənərbağça” azarkeşlərinin meydana kənar əşyalar atması səbəb olub.

“Qalatasaray”lı oyunçular etiraz əlaməti olaraq paltardəyişmə otağına yollanıblar. Xəbərdarlıqlara məhəl qoyulmadığından, “Fənər"li azarkeşlərinin olduğu tribunalar boşaldılıb. Yalnız bundan sonra matç qaldığı yerdən davam edib.

Qeyd edək ki, “Fənərbağça” 89:74 hesabı ilə qalib gələrək finala yüksəlib. Finalda “sarı-lacivərdlilər”in rəqibi “Beşiktaş”olacaq.