
BAKI, 14 fevral. TELEQRAF
Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasının Dördlər Finalı Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Teleqraf Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, qitənin ən yaxşı 4 komandası arasında keçiriləcək oyunlar 3-4 mayda baş tutacaq.
3 mayda komandalar arasında yarımfinal görüşləri, 4 mayda isə final və bürünc medal uğrunda qarşılaşmalar keçiriləcək.
İstanbul daha əvvəl 2002, 2011, 2013-cü illərdə də Avropanın klub səviyyəsində ən nüfuzlu voleybol turnirinə ev sahibliyi edib.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi İtaliyanın "İmoko Volley" klubu olub.