BAKI, 14 fevral. TELEQRAF

Bakıda keçirilən badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatında Azərbaycan milli komandası sonuncu oyununa çıxıb.

Teleqraf xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda rəqib Darnimarka yığması olub.

4 kateqoriya üzrə (kişilərin şəxsi və qoşa, qadınların şəxsi və qoşa) keçirilən oyunda meydan sahibləri rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Morteza Validarvinin baş məşqçi olduğu kollektiv ilk turda İngiltərə, ikinci turda isə İspaniyaya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan yarış fevralın 16-da bitəcək.