BAKI, 11 fevral. TELEQRAF

Rusiya Voleybol Federasiyası altı oyunçuya qarşı araşdırmaya başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilir ki, Kirill Vlasov, Vasili Molotkov (hər ikisi “Lokomotiv”, Novosibirsk), Aleksandr Qoryanı (“Dinamo”, Çelyabinsk), Dmitri Kazakov (“İjQTU-Dinamo”), Kirill Semakov (“Zenit-UOR”) və Daniil Zavoljski (“Dinamo-Ural”) danışılmış oyunlarda iştirakda şübhəli bilinirlər.

Voleybolçular federasiyanın müvafiq komissiyasının iclasına çağırılıb. Araşdırmanın nəticələri mayın 15-dən gec olmayaraq, açıqlanacaq.