![](https://teleqraf.az/storage/2025/02/08/715x378/original_(19).jpg)
BAKI, 8 fevral. TELEQRAF
Rusiyanın Novosibirsk şəhərində Kontinental Hokkey Liqasının (KHL) Ulduzlar Oyununun yarımfinalında hakimlər Tornike Kuçava və Aleksandr Sısuyevin iştirakı ilə maraqlı insident yaşanıb.
Teleqraf xəbər verir ki, hakimlər Xarlamov və Çernışev divizionları arasında keçirilən oyunda "Sibir Arena"nın buz meydanında zarafatyana döyüşmək qərarına gəliblər.
Kuçava güləş hərəkətindən istifadə edərək Sısuyevi buz üzərinə yıxıb və onun burnunun qanaxmasına səbəb olub.