![](https://teleqraf.az/storage/2025/02/08/715x378/robinson.jpg)
BAKI, 8 fevral. TELEQRAF
NBA-nın sabiq basketbolçusu Neyt Robinson böyrək transplantasiyası əməliyyatı keçirib.
Teleqraf ESPN-ə istinadən xəbər verir ki, bir neçə saat davam edən əməliyyat ABŞ-nin Sietl şəhərindəki Vaşinqton Universitetinin Tibb Mərkəzində olub.
40 yaşlı idmançı böyrəyindəki problemləri və köçürməyə ehtiyac olduğunu təxminən 20 il əvvəl "Nyu York Niks"də oynadığı zaman öyrənib. 2021-ci ildə o, müntəzəm dializ müalicəsi almağa başlayıb. 2022-ci ilin payızında Robinson ilk dəfə açıq şəkildə böyrək çatışmazlığından müalicə aldığını, 2024-cü ilin yazında isə donora ehtiyacı olduğunu bildirib.
Qeyd edək ki, Neyt Robinson 2005 - 2015-ci illərdə NBA-da 8 fərqli komandada oynayıb. O, son olaraq, 2018-ci ildə Livanın "Homenetmen" komandasında çıxış edib.