![](https://teleqraf.az/storage/2025/02/07/715x378/lebron-dzhejms-povtoril-istoricheskoe-dostizhenie-majkla-dzhordana-v-nba-dlya-40-letnih-ig_17389128611197345470.jpg)
BAKI, 7 fevral. TELEQRAF
ABŞ-ın "Los Angeles Leykers" klubunda çıxış edən məşhur basketbolçu Lebron Ceyms yeni nailiyyətə imza atıb.
Teleqraf xəbər verir ki, 40 yaşlı idmançı əvvəllər yalnız NBA-nın əfsanəsi Maykl Cordanın 40 yaşı tamam olduqdan sonra əldə etdiyi rekordu təkrarlayıb. Ceyms buna müntəzəm mövsümün "Qolden Steyt Uarriors"la matçında (120:112) 42 xal toplayaraq nail olub. Daha əvvəl Şimali Amerika liqası tarixində 40 yaşında 40 xal toplayan başqa oyunçu olmayıb.
Cordan 2003-cü ilin fevralında "Nyu Cersi" ilə oyunda 43 xal toplayıb. Maykl o vaxt "Vaşinqton Uizards" komandasının üzvü idi.
Qeyd edək ki, Lebron Ceyms "Qolden Steyn Uarriors"a qarşı matçda 17 ribaund və 8 məhsuldar ötürmə edib.