BAKI, 7 fevral. TELEQRAF

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında bütün 1/4 finalçılar müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra məlum olub.
¼ finalda göstərilən cütlüklər üz-üzə gələcək:

Kişilər:

Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı
Aydın Süleymanlı - Misrətdin İsgəndərov
Rauf Məmmədov - Əhməd Əhmədzadə
Teymur Rəcəbov - Vüqar Əsədli

Qadınlar:

Gülnar Məmmədova - Xanım Balacayeva
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova
Səbinə İbrahimova – Günay Məmmədzadə
Gövhər Beydullayeva – Türkan Məmmədyarova

Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olacaq. ¼ final oyunları 7-9 fevralda keçiriləcək.

Qeyd edək ki, kişilərin yarışının mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir. Çempionata 15 fevralda yekun vurulacaq.