Böyük Britaniyanın “The London Post” xəbər portalında “Ermənistan liderləri insanlığa qarşı törətdikləri cinayətlər və soyqırımlara görə mühakimə olunmalıdır” sərlövhəli məqalə dərc edilib.
Məqalənin müəllifi, yazıçı, analitik Şahid Qureyşi BMT-nin son zamanlar dünyadakı münaqişələri həll etməkdə yetərsiz qaldığına diqqət çəkir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyi nümunə göstərilir.
Ölkəmiz haqqında təəssüratlarına məqaləsində yer verən yazıçı, azərbaycanlıların sülhsevər insanlar olduğunu, lakin ermənilər tərəfindən edilən vəhşiliklərin qəbuledilməzliyini də diqqətə çatdırıb.
Yazıda diqqətə çatdırılır ki, bu münaqişə bundan sonra Beynəlxalq Cinayət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və Avropa Məhkəməsi səviyyəsinə qaldırılmalıdır. Ermənistan liderləri beynəlxalq səviyyəli cinayətlərinə görə ciddi şəkildə mühakimə olunmalıdır.
Səxavət