BAKI, 30 aprel. TELEQRAF
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata götə, tərəflər regionda dəyişən vəziyyəti, eləcə də bu proseslərin iqtisadi və digər genişmiqyaslı təsirlərini müzakirə ediblər.
Kaya Kallas Pakistanın regional sülh və sabitliyin təşviqində davamlı konstruktiv və vasitəçilik rolunu yüksək qiymətləndirib.
Məhəmməd İshaq Dar öz növbəsində Pakistanın bu istiqamətdə dialoq və əməkdaşlığı təşviq etmək əzmində olduğunu bir daha təsdiqləyib.
Nazir həmçinin bu yaxınlarda İslamabadda keçirilmiş Aİ-Pakistan Biznes Forumunun uğurlu nəticələrini qeyd edərək, bu platformanın tərəfdaşlığın möhkəmlənməsində və iş dünyası üçün yeni imkanların açılmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda tərəflər sıx təmasda qalmaq barədə razılığa gəliblər.