BAKI, 30 aprel. TELEQRAF
“İran ABŞ-nin hücumlarına cavab olaraq, hətta məhdud olsa belə, davamlı zərbələr endirəcək”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Məcid Musəvi deyib.
“Hərbi əməliyyatlara, hətta məhdud və qəfil olsa belə, davamlı və ağrılı zərbələrlə cavab verəcəyik”, - o bildirib.
Musəvi qeyd edib ki, İran artıq bölgədəki Amerika bazalarına zərbələr endirib və eyni şey onun gəmilərini də gözləyir.