BAKI, 30 aprel. TELEQRAF
“İran Qırğızıstandan beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə edə bilər”.
Teleqraf xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq deyib.
“Heç nə təsadüfən baş vermir. İran məhdudlaşdırmağa çalışdığımız materialları əldə etmək üçün Qırğızıstandan qaçaqmalçılıq yolu kimi istifadə etməyə çalışa bilər. Bu məsələni yaxından izləməliyik”, - o bildirib.
Xatırladaq ki, Avropa İttifaqı bundan əvvəl Rusiyaya sanksiyalardan yayınmağa kömək ittihamı ilə Qırğızıstana sanksiya tətbiq edib.