Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üçün birgə səyləri müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qətər Xarici İşlər Nazirliyinin veb saytında dərc olunmuş bəyanatda deyilir: "Qətər dəniz naviqasiyasının azadlığını və regionda davamlı sülhü təmin edən hərtərəfli razılaşmaya yol açan bütün diplomatik səyləri və təşəbbüsləri dəstəkləyir".
Nazirlik qeyd edib ki, tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər. Diplomatlar Yaxın Şərqdə gərginliyin azaldılması və təhlükəsizliyin və sabitliyin gücləndirilməsi üçün birgə tədbirlərin əlaqələndirilməsinə xüsusi diqqət yetiriblər.