BAKI, 20 noyabr. TELEQRAF

ABŞ və İsrail yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə birgə hərbi əməliyyat keçirilməsini dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın isə bu məsələdə mövqeyi hələlik dəqiqləşməyib.