BAKI, 2 noyabr. TELEQRAF
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəzi keçmiş müstəmləkəçi dövlətlərin daxili proseslər nəticəsində zəiflədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz bu və ya digər ölkəni məhv etmək niyyətində deyilik. Əslində, keçmiş müstəmləkəçi dövlətlərin çoxu öz-özünə dağılır. Onların əsarətdə saxladığı və müstəmləkəyə çevirdiyi xalqlar getdikcə daha çox oyanır və öz hüquqları uğrunda mübarizəyə qalxırlar. Onlar milli özünüdərk və öz müqəddəratını təyin etmək hüquqlarını bərpa edirlər. Bütün siyasətləri qarşıdurma üzərində qurulub. Onlara daim düşmən lazımdır", - o qeyd edib.